Berlində Qafqazı ikiyə bölən “divar” söküləcəkmi? – Tarixi görüş

Berlində Qafqazı ikiyə bölən “divar” söküləcəkmi? – Tarixi görüş

Ermənistan və Azərbaycan xarici işlər nazirləri fevralın 28-29-da Berlində bir araya gələcək. Görüşün yeri və keçirilmə tarixi diqqət çəkir.

 

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan görüş zamanı hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılmışdı ki, onlar yenidən yaxın zamanda görüşsünlər və sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.

 

Görüşün Almaniyanın paytaxtı Berlin şəhərində olacağı da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, üçtərəfli görüş Almaniyanın Münxen şəhərində baş tutmuşdu. Bu mənada növbəti görüşün də Almaniyada olacağı məntiqlidir.

 

Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsinin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir.

 

Görünən odur ki, həm Bakı, həm də İrəvan Münxen görüşündən və Almaniyanın yanaşmasından məmnun qalıb. Almaniya kanslerinin Münhen görüşünə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması Bakının ürəyincədir. Ermənistan üçün isə görüşün Qərb ölkələrindən birində keçirilməsi vacib idi. Bu mənada XİN başçılarının Belində görüşməsi, görünür, həm də hər iki tərəfin ortaq qərarıdır.

 

Görüşün Almaniyada baş tutması gözlənilsə də, Berlin burada yenə vasitəçi deyil, ev sahibidir. Bu mənada görüşü “ikitərəfli danışıq” da adlandırmaq olar.

 

Görüşdə XİN başçılarının ilk növbədə Münxen görüşündə əldə edilən “sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqlarının davam etdirilməsi” məsələsini müzakirə etmələri mümkündür. Bundan başqa XİN başçılarının görüşlərinin ardıcıl xarakter alması, eləcə də sülh prosesi istiqamətində yol xəritəsinin daha optimal hala salınması müzakirə edilə bilər. Görüşdə ilkin sülh müqaviləsinin imzalanması və bu istiqamətdə qarşıda duran problemlərin həlli də müzakirəyə çıxarıla bilər.

 

Müəllif: Politoloq Turan Rzayev
 


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...