Dollara tələbin artmasının müsbət cəhəti nədir? - TƏHLİL

Dollara tələbin artmasının müsbət cəhəti nədir? - TƏHLİL

Azərbaycanda bu ilin yanvar-fevral aylarında keçirilən valyuta hərraclarında dollara tələbin güclü olması müşahidə edilir. 


Sfera.az xəbər verir ki, iki ay ərzində keçirilən hərraclarda banklar tərəfindən 1,208 milyard dollar vəsait alınıb. Bankların hərracda aldığı xarici valyutanın məbləği ötən ilin eyni dövründə hərraclarda qeydə alınan göstəricidən təxminən 2 dəfə çoxdur. 


Dollara tələbin güclənməsi maliyyə bazarında bir qədər gərginlik yaratsa da inflyasiyanı cilovlamaq üçün faydalıdır. Başqa sözlə, dollara tələb güclənəndə ölkədə qiymət artımlarının sürəti zəifləyir. 


Bunun sadə səbəbi var. Hüquqi və ya fiziki şəxslər dollar və ya digər xarici valyuta aldıqda bir o qədər dəyərdə olan manatla vəsait yığıma yönəlmiş olur, həmin vəsaitlərin xərclənməsi ehtimalı azalır. Adətən şəxslər xarici valyutanı yığım məqsədilə alır. Buna görə də manatla olan vəsait xarici valyutaya dəyişdiriləndə onun xərclənməsi, istehlak bazarında istifadəsi ehtimalı minimuma düşür. 


Digər tərəfdən manat Azərbaycanda yeganə ödəniş vasitəsi olduğundan xarici valyutaya çevrilən vəsaitlərdən istifadə imkanları da məhdudlaşır, insanlar zəruri olmayan mal və xidmət alışından imtina edir. 


Xarici valyuta alışının yaratdığı bu nəticə hesabına istehlak bazarında tələb zəifləyir, alıcılıq qabiliyyəti azalır. Yanvar və fevral aylarında dollara güclü tələbin olması Azərbaycanda inflyasiyanı zəiflədib. Gözləmək olar ki, dollarla yığımların artması qarşıdakı aylarda da qiymətlərdəki yüksək artımın qarşısını almağa kömək edəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...