"Aİ ölkələrinin təhlükəsizliyini təmin etmək üçün..." - Makrondan Rusiya ilə bağlı ÇAĞIRIŞ

Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün Rusiyanı məğlub etmək lazımdır. 


Sfera.az "La Figaro"ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yardımla bağlı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır”, - siyasətçi bildirib.

 

Makron həmçinin əlavə edib ki, Avropa İttifaqı (Aİ) Kiyevə orta və uzun mənzilli raketlərin tədarükünü nəzərdə tutan “dərin zərbə koalisiyası” yaratmağa razılaşıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR