Su Çərşənbəsinin MARAQLI ADƏT-ƏNƏNƏLƏRİ 

Su Çərşənbəsinin MARAQLI ADƏT-ƏNƏNƏLƏRİ 

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur. Bu günlə bağlı keçmiş zamanlarda bir çox adət-ənənələr mövcud olub. Düzdür, indi bunların bir çoxu icra olunmur. Amma Novruz bayramının ab-havası məhz çərşənbələrə görə artıq hiss edilməyə başlayır.

 

Sfera.az Su çərşənbəsinin maraqlı adət-ənənələri ilə bağlı məlumatı təqdim edir.

 

Belə ki, keçmiş zamanlardan insanlar Su çərşənbəsində bulaq başına yollanırdı. Həmin gün hamı sübh tezdən axar suyun üstünə gedir, yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının su ilə gedəcəklərinə inanırdılar.

 

Digər adətlərdən biri, çərşənbə axşamı qızlar saçından kəsib axan çaya atırdı. Məqsəd isə bütün arzuların çin olması idi. Həmçinin, axar çaydan gətirilən suyu ağacların dibinə, evlərə səpirdilər ki, həmin il ruzili-bərəkətli olsun. Qızlar həm də bulaqdan, çaydan gətirdikləri suyu qablara qoyar, toplaşar və hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atardı.

 

İnanca görə, üzük qabın kənarına toxunub neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılardı.

 

Gətirilən su ilə həm də xəmir yoğrulardı. Bunun mənası isə evin ruzili-bərəkətli olması ilə bağlı idi. Eyni zamanda, həmin su ilə aş dəmlənər, dəmlənmiş aşın suyunu bar verməyən ağacın dibinə tökərdilər ki, ağac bar versin.

 

Bu çərşənbədə insanlar arasında bir-birlərinin üzərinə su çiləmə adəti də var imiş. Bunu edərək, bir-birlərinin ağırlıqlarını götürdüklərini, üzərlərində olan neqativlikdən azad olduqlarını düşünürdülər.

 

Bu çərşənbədə süfrəyə mütləq həyatın simvolu olan su ilə dolu bir qab qoymaq vacibdir.

 

Eyni zamanda süfrədə təmiz sudan hazırlanmış pürrəngi çay olmalıdır. İnsanlar imkanı çatdığı qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır.

 

Xatırladaq ki, bu il Azərbaycanda Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, İlaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

 

Ölkəmizə yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunacaq.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...