"Bu görüş Azərbaycanın diplomatik qələbəsidir" - Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan XİN rəhbərləri Berlində görüşəcəklər. Görüş fevralın 28-29-da baş tutacaq.

 

Nazirlərin görüşü necə nəticələnəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, iki ölkə arasında Almaniyanın vasitəçiliyi müsbət nəticə verə bilər. O, xatırladıb ki, Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə xarici işlər nazirlərinin bir araya gəlməsi razılaşdırılmışdı:

 

“Nazirlərin Berlində görüşü Almaniyanın vasitəçiliyini önə çıxardı. Bununla Azərbaycan Almaniyaya etimad etməklə, Fransanın vasitəçiliyinə son qoymuş oldu. Fransanın Ermənistanı silahlandırması, birtərəfli şəkildə Emmanuel Makronun İrəvanı dəstəkləməsi ilə paralel, bu ölkə vasitəçi ola bilməzdi. Sözügedən görüş isə həm Azərbaycanın diplomatik qələbəsidir, həm də Almaniyanın Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməsinə yaşıl işıq yandırdı”.

 

Ekspert bildirib ki, artıq Cənubi Qafqazda Fransa ilə Almaniya üz-üzədir:

 

“Xarici işlər nazirlərinin Berlində görüşündə sülh müqaviləsinin detalları müzakirə ediləcək. Azərbaycan Almaniya ilə əlaqələri inkişaf etdirməklə, Avropa Şurasında nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsinə nail ola bilər. Eyni zamanda, Azərbaycanın Almaniya ilə hərbi-texniki əməkdaşlıq istiqamətində danışıqlar aparması mümkündür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR