Hamilə qadın bətnində uşaqdan başqa şey də daşıdığını öyrəndi - FOTO

Hamilə qadın bətnində uşaqdan başqa şey də daşıdığını öyrəndi - FOTO

Avstraliyanın Brisben şəhərindən olan 28 yaşlı Emili Uayls hamiləliyin 33-cü həftəsində təcili əməliyyat olunub. Həkimlər onun bətnində 5 kq ağırlığında nəhəng şiş aşkar ediblər. Neoplazma körpə ilə birlikdə gənc ananın bətnində "böyüyüb".
 

Sfera.az bildirir ki, Eli adlı körpə qeysəriyyə əməliyyatı ilə vaxtından 7 həftə əvvəl doğulub. Körpə bir müddət reanimasiya şöbəsində qaldıqdan sonra sağalıb. Emilinin özü indi kompleks müalicə və reabilitasiya alır.
 

Testlər nəticəsində onda nadir və aqressiv yumurtalıq xərçəngi növü olduğu məlum olubz. İndi qadın 4 aylıq kimyaterapiya kursu keçir, eyni zamanda körpəsinə və iki yaşlı böyük oğluna qulluq edir.


"Xərçəng nadir hallarda uşağa təsir edir və ya plasentadan keçir. Körpə üçün ən böyük risk ananın xəstə olmasıdır"-deyə cərrah Sarah Janssens izah edir.
 

Emilinin ilk simptomları hamiləliyin 30-cu həftəsində ortaya çıxıb. Qarın ağrısı gücləndikdə və dözülməz hala gələndə qadın xəstəxanaya aparılıb. Həkimlər müayinə aparsalar da, əvvəlcə heç nə aşkar edilməyib. Təhlükəli xəstəlik yalnız ultrasəs müayinəsinin köməyi ilə müəyyən edilmişdir.
 

Həkimlərin dediyinə görə, xəstənin hamiləliyinə görə şişi aşkar etmək olduqca çətin olub. Onlar əvvəlcə bunun xoşxassəli formalaşma olduğunu güman etsə də, doğuşdan sonra analizlər xərçəng olduğunu göstərib.


Emili digər qadınları xəbərdar etmək üçün öz hekayəsini sosial şəbəkələrdə paylaşır. Avstraliyalı gənc ana gələcək anaları sağlamlıqlarına ciddi yanaşmağa və narahatedici simptomlara diqqətli yanaşmağa çağırır. Çünki xərçəngin erkən aşkarlanması insanların həyatını xilas edə bilər.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR