İsveçin NATO-ya üzvlüyü təsdiqləndi

İsveçin NATO-ya üzvlüyü təsdiqləndi

Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib.


Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.



Yekun səsvermə zamanı 188 deputat lehinə, 6 deputat əleyhinə səs verib, 4 deputat isə səs verməyib. İclas parlamentin saytında yayımlanıb.



Qeyd edək ki, Macarıstan İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməyən sonuncu müttəfiq ölkə idi.

 

İsveçin müraciətinin təsdiqlənməsini fevralın 26-da Macarıstanın baş naziri Viktor Orban elan edib.



Fevralın əvvəlində ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyi gözləyir. Onun sözlərinə görə, Vaşinqton təhdidlərə əl atmaq niyyətində deyil, lakin onun səbri “hüdudsuz deyil”.

 


Daha sonra Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib ki, Budapeşt ABŞ-nin NATO-nun genişləndirilməsi ilə bağlı göstərişlərinə əhəmiyyət vermir.



Əzizə


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...