Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXV turunun cədvəlində dəyişiklik edilib.

 

Sfera.az-a İdman.Biz-ə istinadən bildirir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

 

"Sumqayıt" - "Kəpəz" oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub.

 

Qeyd edək ki, turun açılış matçı martın 1-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR