Ölüm hökmü verildikdən 43 il sonra edam edildi - FOTO

Ölüm hökmü verildikdən 43 il sonra edam edildi - FOTO

ABŞ-da cəzasının icrasını 43 il gözləyən serial qatil edam edilir. Onun hal-hazırda 73 yaşı var.


Sfera.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatından olan Tomas Krik (Thomas Creech) 1974-cü ildə ABŞ-ın üç ştatında ən azı 5 qətl törədib. O, özü ABŞ-ın müxtəlif ştatlarında 42 nəfəri öldürdüyünü, onları qurban verdiyini deyib.


Bu ölüm hallarının əksəriyyəti yetərli dəlil olmaması səbəbindən təsdiqlənməyib.
 

Serialı qatil əvvəlcə edam olunmaq istəsə də, sonra fikrini dəyişərək əfv olunmaq üçün məhkəməyə müraciət edib.
 

1981-ci ildə müraciətə əsasən məhkəmə onun cəzasını edamdan ömürlük həbsə qədər azaldıb. Tragikomediya isə bundan sonra başlayıb. Qatil başqa bir məhbusu kustar üsulla hazırlanmış alətlə döyüb (Foto bax) və edam olunmaq arzusunu dilə gətirib.
 

Tomas 1981-ci ildən bəri, Aydahodakı həbsxanada ölüm hökmündə saxlanılır. O, hazırda ştatın həbsxanalarının əsas "köhnəsi" hesab olunur.


2023-cü ilin sonunda onun ölüm hökmü nəhayət imzalanıb, lakin Tomas bu dəfə də əfv istəyib. Bu məsələ ilə bağlı komissiyanın səsləri bölündüyü üçün, istək də rədd edilib. Serial qatilin edamı fevralın 28-nə təyin edilib. Məhkum məhkəmə qərarından apellyasiya şikayəti versə də, şikayət rədd edilib.
 

Tomas Krik edam edilərkən onun 73 yaşı olacaq.
 

Xatırladaq ki, bundan əvvəl ABŞ-da qatil olaraq məhkum edilmiş Kennet Smit azot qazından istifadə edilməklə edam olunub. Bu, azotla edam üsulunun ilk istifadəsi olub. Qırx ildir ki, ABŞ-da edam öldürücü iynələr tətbiq olunmaqla həyata keçirilirdi.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...