Türkiyə parlamentində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir KEÇİRİLDİ

Türkiyə Böyük Millət Məclisində (TBMM) fevralın 26-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Sfera.az xəbər verir ki, parlamentin İctimaiyyətlə Əlaqələr şöbəsinin konfrans salonunda keçirilən anım mərasimi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü, Türkiyə parlamentinin təşkilatçılığı ilə baş tutub.
Təbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədov, türkiyəli deputatlar, Türkiyə Prezidenti yanında Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü Aygün Attar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirdə bildirilib ki, Xocalı kimi yeni qırğınıarın baş verməməsi üçün “Xocalıya ədalət” kampaniyasına bütün dünya qoşulmalıdır.
Qeyd olunub ki, bəşəriyyət üçün utançverici olan bu soyqırımının təşkilatçıları və icraçıları Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalıdırlar. (Report)