AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla YAD ETDİ - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla YAD ETDİ - FOTO

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

 

Sfera.az bu barədə AZAL-a istinadən xəbər verir.

 

Məlumata görə, AZAL-ın əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.


OXŞAR XƏBƏRLƏR