Messidən daha bir UĞUR: İyirminci dəfə...

İdman
18:00 / 26.02.2024
5683
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ardıcıl 20-ci dəfə rəsmi matçlarda qol vurur.
Sfera.az bildirir ki, bu barədə "Sports Center" X sosial şəbəkəsində məlumat yayıb.
Xatırladaq ki, argentinalı hücumçu ilk qolunu 2005-ci il mayın 1-də 17 yaşında vurub.
Daha sonra "Barselona"da oynayan futbolçu La Liqada "Albasete" ilə matçda (2:0) xüsusilə fərqlənib. MLS-də bu gün, fevralın 26-da baş tutan “İnter Mayami” – “Los Anceles Qalaksi” (1:1) oyununda Lionel həlledici qola imza atıb. Argentinalının səyi nəticəsində “İnter Mayami” məğlubiyyətdən qurtulub.
Messi peşəkar karyerası ərzində “PSJ”də də oynayıb. 2023-cü ilin sonunda argentinalı hücumçu dünyanın ən yaxşı oyunçusu kimi tanınıb və “Qızıl top”u alıb.
Fatimə Lətif