“Heç kim bizə inanmır” - Putin
Cəmiyyət
04:21 / 22.12.2015
943
Rusiya prezidenti Vladimir Putin SSRİ-ni yenidən bərpa etmək istəmədiyinə heç kimi inandıra bilmədiyindən şikayətlənib.
Sfera.az musavat.com-a istinadən xəbər verir ki, bazar günü "Rossiya1" telekanalına danışan Putin, qərb ölkələrinin Ukrayna problemində bu ölkənin xeyrini güdmək əvəzinə, Sovetlər Birliyinin yenidən qurulmasının qarşısını almağa çalışdığını bildirib.
Rusiya lideri "Köhnə Sovetlər Birliyini diriltmək istəmədiyimizə heç kim inanmır" deyə sözlərinə əlavə edib.
Moskva Ukrayna məsələsinin əvvəlindən bəri Qərbi Soyuq Müharibədə olduğu kimi Sovetlər Birliyinə əngəl olmaq siyasətini yürütməkdə günahlandırıb.