Selçuk Bayraktar Xocalı soyqırımı barədə: \"Unutmadıq, unutmayacağıq\"

17:05 / 26.02.2024
3463
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Sfera.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.