Güclü partlayışla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Güclü partlayışla bağlı XƏBƏRDARLIQ EDİLDİ

NASA kosmosda və Yerdə rabitəni poza biləcək güclü Günəş partlayışı barədə xəbərdarlıq edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Günəş partlaması Günəşdə qəfil buraxılan böyük enerji partlayışlarıdır. 

 

Partlayış gücünə və təsirinə görə A, B, C, M və X kimi 5 kateqoriyaya bölünürlər. M və X sinif partlayışları isə ən təhlükəli olanlardır.

 

Yer kürəsində radiorabitə və elektrik şəbəkələrinə mənfi təsir göstərən Günəş partlayışlarının 11 illik dövrü var.

 

Qeyd edək ki, “X6.3” partlayışı 2017-ci ildən bəri Günəşdə qeydə alınan ən böyük partlayışdır. Bu, “Space Weather Live”da tarixi günəş partlamaları siyahısında 27-ci yerdədir. Siyahıdakı ən böyük hadisə “X40” qiymətləndirilir.

 

ABŞ Milli Okean və Atmosfer Administrasiyası xəbərdarlıq edib ki, “X6.3” partlaması yüksək tezlikli siqnalın müvəqqəti pozulması və ya tamamilə itməsinə səbəb ola bilər.


 
Proqnozlara görə, 2019-cu ildə başlayan bu püskürmələr 2030-cu ilə qədər davam edəcək və 2025-ci ildə pik həddinə çatacaq.  

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...