Dünyanın ən böyük şəhərlərindən biri su böhranı ilə ÜZLƏŞİB

Dünyanın ən böyük şəhərlərindən biri su böhranı ilə ÜZLƏŞİB

Dünyanın ən böyük şəhərlərindən biri olan Meksikanın paytaxtı Mexiko ciddi su böhranı ilə üz-üzə qalıb. 


Sfera.az CNN-ə istinadən xəbər verir ki, bələdiyyənin proqnozuna əsasən, 2024-cü ilin iyunun sonunda şəhərin kranlarında su “yox olacaq”. 


Mexiko şəhərinin ehtiyaclarını ödəmək üçün yaradılan su anbarlarında suyun səviyyəsi tarixin ən aşağı səviyyəsinə düşüb. İllərdir az yağıntının olması və ərazidə yüksək temperaturun müşahidə edilməsi metropolda su qıtlığına səbəb olub. 


Şəhərin digər ən böyük problemi su paylama şəbəkəsinin köhnəlməsidir. Şəhərdə paylanan suyun təxminən 40 faizi sızmalara görə itirilir.


Mexikodakı demoqrafik vəziyyət də su ilə təchizatı çətinləşdirir. Mexiko şəhərinin əhalisi digər yaşayış məntəqələrindən gələn insanların hesabına artmaqda davam edir. Son məlumata əsasən, şəhərin əhali sayı 9,2 milyon nəfəri, ətraf ərazilərdə yaşayanlarla birlikdə isə 21,8 milyon nəfəri ötüb. İndi əhali sayına görə Mexiko dünyanın 5-ci ən böyük şəhəridir. 


Hazırkı vəziyyətdə yerli hakimiyyət su anbarlarından çəkilən suya ciddi məhdudiyyətlər qoymaq qərarına gəlib və əhaliyə verilən suyun həcmi 25 faiz azaldılıb.

 

Nəticədə, şəhərin bəzi yerlərində insanların daimi su ilə təminatı dayanıb. Ehtimal olunur ki, bu hal yayda şəhərin yarıdan çoxunda müşahidə ediləcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...