Soyuq havada uşağın üzünü bağlamayın! Çünki...

Soyuq havada uşağın üzünü bağlamayın! Çünki...
Soyuqlar başlayan kimi bir çox analar və nənələr gəzməyə çıxanda uşağın ağzını və burnunu şərflə bağlamaq vacib qaydalardan biri hesab edir.

Onların fikrinə görə bu üsulla uşağı soyuqdəymə və tonzillitdən (angina) qorumaq mümkündür. Lakin, təəssüf ki, uşağın yaxşılığını istəyən valideynlər bununla əksinə xəstəliyin riskini artırırlar.

Hörmətli valideynlər, kiçik bir eksperiment aparaq. Soyuq havada çölə çıxdıqda üzünüzü və burnunuzu şərflə bağlayın. Az bir müddətdən sonra siz hiss edəcəksiniz ki, şərf artıq nəmdir. Nəm mühit mikrobların çoxalması üçün çox əlverişlidir. Beləliklə, havadan nəm şərfin üzərinə düşən mikrob və infeksiyalar burada sürətlə çoxalmağa başlayacaq və sonra uşağın burun və boğazına düşəcək. Bu isə, təbii ki, xəstəliyin riskini yalnız artıracaq.
Nəm şərfdən keçən soyuq hava daha da soyur, uşaq bu havanı udur və bu da özü özündən soyuqdəyməyə səbəb ola bilər.
Normal fizioloji burun nəfəsalması zamanı hava burun boşluğunda isinir, mikroblardan və viruslardan təmizlənir (onlar burnun selikli qişasında "ilişir") və yalnız sonra nəfəs yollarımıza düşür. Bunula orqanizm özü özünü xəstəliklərdən qoruyur və burada heç bir şərf və s. lazım deyil.
Təbii ki, uşaq ağızla nəfəs alırsa bu təhlükəlidir. Soyuq hava bilavasitə uşağın nəfəs yollarına düşür və bu da xəstəliyin riskini artırır. Bu halda uşağın ağzını və burnunu şərflə bağlamağın əvəzinə, uşağı yaxşı LOR həkiminə göstərmək lazımdır.
Beləliklə, soyuq havada uşağın üzünü şərflə bağlamayın, sadəcə burunla nəfəs almasına diqqət edin.
Xəstə, hərarəti olan uşağı soyuq havada çölə çıxartmayın.(saglamolun.az)

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...