"Pfizer", "Moderna" və "AstraZeneca" vaksinlərinin yaratdığı fəsadlar AÇIQLANDI

Mütəxəssislər müəyyən ediblər ki, "Pfizer", "Moderna" və "AstraZeneca" şirkətlərinin xarici mRNT peyvəndləri ürək iltihabı, beyində qan laxtalanması və "Guillain-Barre" (süst iflicə səbəb olan xəstəlik) sindromu riskinin yüksək olmasına səbəb olur.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, belə tapıntılar mRNT əsaslı vaksinlərin insan orqanizmi tərəfindən yad məlumat kimi qəbul edilməsi ilə bağlıdır.

 

 "mRNT insan orqanizminə daxil olduqda, hüceyrələrimizin təkamül xüsusiyyətlərinə görə, məhv edilməli olan yad məlumat, virus kimi qəbul edilir", - viusoloqlar qeyd edib.

 

Lakin mütəxəssislər mRNA vaksinləri və sonrakı ağırlaşmalar arasında etibarlı əlaqə yaratmaq üçün kifayət qədər məlumat olmadığını da qeyd ediblər.

 

Xatırladaq ki, "AstraZeneca" adenovirus peyvəndinin istifadəsindən sonra yaranan fəsadlar ilk dəfə 2021-ci ilin martında qeydə alınıb. Xəstəxanaya yerləşdirilənlərdə qanda laxtalanma və trombozun inkişafı müşahidə olunub, nəticədə bəzi ölkələr vəziyyət aydınlaşana qədər peyvəndi müvəqqəti dayandırmaq qərarına gəliblər. 

 

Britaniyanın "The Lancet" tibb jurnalında dərc olunan araşdırmaya görə, peyvəndin ilk dozası ilə peyvənd edilmiş bir milyon insandan yalnız səkkizində qan laxtalanması problemi yaşanıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...