"İrəvan siyasətçiləri ayılsın və əllərində olanı itirməsinlər" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko erməni tərəfinə tələsməməyi və qəfil addımlar atmamağı tövsiyə edib.
Sfera.az bildirir ki, o, Ermənistanın Fransa ilə təmaslarına diqqət çəkib.
“Onlar Fransada Emmanuel Makronla daim əlaqə saxlayırlar. Görüşdən sonra isə bəyanatlar verildi ki, Paris zenit müdafiə sistemləri, ordu və iqtisadiyyat məsələlərində İrəvana kömək edəcək. Amma Fransada baş verənləri görürsünüz, ona görə də İrəvan siyasətçiləri ayılsın və əllərində olanı itirməsinlər”, - Lukaşenko bildirib.
O, Gürcüstanı nümunə çəkib: “Amerikalılar artıq Gürcüstanı unudublar. Gürcülər müstəqil və suveren ölkə olduqlarını iddia edən kimi Qərb onlara təzyiq etməyə başlayır. İlk növbədə, ABŞ. Bu gün, məsələn, Bayden Ukraynanı, Ermənistanı dəstəkləyəcək. Amma sabah hökumət dəyişəcək və Tramp deyəcək ki, sizi tanımıram, sizi ilk dəfədir görürəm”.
Lukaşenko fikirlərini bu cür tamamlayıb: “Gürcüstan MDB-dən və bütün strukturlardan çıxdı. Bu, onun üçün ən yaxşısıdır? Xeyr. Geri dönüşü arzuolunandır. Lakin fikrimcə, qayıtmaq hər zaman çətindir. Müəyyən reputasiya zədəsi, itkilər var”.
Günay