Ronaldonun bu paylaşımı maraqla qarşılandı: "Sona qədər..." - FOTO

İdman
12:30 / 26.02.2024
3774
Kriştiano Ronaldo “Əl-Nəsr”in “Əl-Şəbab” üzərində qazandığı qələbəyə münasibət bildirib.
Sfera.az xatırladır ki, Ər-Riyadda baş tutan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə Ronaldo bir qol vurub.
Portuqaliyalı hücumçu öz sosial şəbəkə hesabında bu haqda paylaşım edərək “Sona qədər! Davam edək, dayanmayaq!” şərhini yazıb.
Hazırda “Əl-Nəsr” 52 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda lider “Əl-Hilal”dan 4 xal geri qalır.
“Əl-Nəsr” növbəti matçında “Əl-Həzm”lə qarşılaşacaq. Qarşılaşma fevralın 29-da baş tutacaq.
Fatimə Lətif