Zelenskidən QƏTİ MÖVQE: "Üçüncü ölkələrin Ukrayna üçün..."

Zelenskidən QƏTİ MÖVQE:

Ukrayna İsveçrədə keçiriləcək ikinci konfransda Rusiya tərəfinə sülh formuluna dair sənəd təqdim etməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

 

Onun sözlərinə görə, Ukrayna ilk görüşə 160-dan çox dövlətin başçısını dəvət etmək niyyətindədir və onların iştirakı ilə sülh formulu planı hazırlanacaq.

 

Eyni zamanda, Zelenski Rusiyanın bu sənədi qəbul etmək istəyəcəyinə şübhə ilə yanaşıb.

 

Prezident həmçinin bildirib ki, Ukrayna üçüncü ölkələrin ona hər hansı sülh danışıqları formatını tətbiq etməsini istəmir.

 

Mətbuat konfransı zamanı Zelenski qeyd edib ki, 2019-cu ildə Rusiya Prezidenti Vladimir Putin Donbassda atəşkəs məsələsini qaldırıb. O həmçinin qoşunların çıxarılması ilə bağlı Minsk razılaşmalarının səmərəsizliyi ilə bağlı fikirlərini bölüşüb və bildirib ki, onların çıxarılması davam etsə belə, münaqişə onilliklər ərzində dondurulmuş vəziyyətdə qalacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində...