“Qərb dövlətləri Xocalı soyqırımını görmək istəmədilər” - Deputat

“Qərb dövlətləri Xocalı soyqırımını görmək istəmədilər” - Deputat

"Xalqımız 26 fevralı, bəşəriyyətdə insanlığa qarşı törədilmiş dəhşətli bir cinayətin - ermənilərin Azərbaycana qarşı törətdikləri Xocalı soyqırımının ildönümünü yad edir. Ermənistan faşizm ideologiyasını özlərinin siyasi təfəkküründə yaşadırlar. Ermənistanın paytaxtında, İkinci dünya müharibəsində nasistlərə xidmət edən, dəhşətli cinayətlər törədənlərə abidə ucaldıblar. Xocalı soyqırımını törədənlər də məhz faşist Qoriqenin davamçılarıdır".

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

 

"Xocalı soyqırımını törədən, azərbaycanlı uşaqları, qadınları, qocaları, amansızlıqla gətlə yetirən, sonradan Ermənistan Prezidenti olan Serjik Sarkisyan bu soyqırımı ermənilərin törətdiyini və özünün də bu cinayətdə iştirak etdiyini etiraf edib. Təəssüflər olsun ki, özlərini demokratiyanın, insan hüquqlarının keşikçisi adlandıran Qərb dövlətləri bu soyqırımı görmək istəmədilər. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətə görə Ermənistanı qınamaq, ona təsir etmək əvəzinə, Fransa başda olmaqla bir sıra Qərb dövlətləri riyakarlığa, çirkin əməllərə əl atdılar. Bu dövlətlər 1915-ci ildə guya ermənilərin türklər tərəfindən soyqırıma məruz qalmalarını təsdiqləyən sənəd gəbul etdilər. Halbuki, o zaman da ermənilər türkləri və azərbaycanlıları kütləvi şəkildə qətlə yetiriblər".

 

K. Əliyeva qeyd edib ki, Xocalı soyqırımına ilk siyasi qiymət də məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən verilib.

 

“Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Xocalı hadisəsi barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırdı və bu soyqırımı tanıtmağa çalışdı. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın böyük xidmətləri olub. Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-nin 10-dan çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı. Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır. Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.

 

2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun mərd, cəsur əsgər və zabitləri Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti, möhkəm siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin igidliyi sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Xankəndində, Xocalıda və işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan Bayrağı dalğalandırıldı. Bununla da, hərb meydanında, Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin, Xocalı qurbanlarının qisası alındı”.

 

Onun sözlərinə görə, Vətən müharibəsində də ermənilər yenə də vəhşiliklər törətdilər:

 

“Azərbaycan əsgəri ilə bacarmayan ermənilər Gəncəni , Bərdəni, Tərtəri raket atəşinə tutaraq dinc əhalini qətlə yetirdilər. Prezident cənab İlham Əliyevin əmrinə əsasən, Azərbaycan əsgəri əsl mərdlik, qeyrət nümayiş etdirərək dinc erməni əhalisinə, yaşayış evlərinə, mülki obyektlərə bir güllə belə atmadı. Prezidentimiz bütün dünyaya düşmənlə müharibə aparmaq mədəniyyətini nümayiş etdirdi. Xankəndində oturub Azərbaycana meydan oxuyan, azərbaycanlıları qətlə yetirən, Xocalı soyqırımını törədənlərin bir qismi Bakıda həbsxanada saxlanılır. Onların bəziləri Azərbaycanın məhkəmələri tərəfindən qanunla layiq olduqları cəzaları alıblar, bəziləri öz cəzalarını gözləyirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...