Kəmaləddin Heydərovun müavini vəzifəsindən AZAD EDİLDİ - FOTO

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.
General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.
Sayt məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib. Bununla bağlı onun “WhatsApp” ünvanına sorğu da göndərilib.
Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.