Bayden bu dəfə ölkələri səhv saldı, GÜNDƏM OLDU - VİDEO

Bayden bu dəfə ölkələri səhv saldı, GÜNDƏM OLDU - VİDEO

ABŞ Prezidenti Co Bayden yenə çıxışı ilə gündəm olub.

 

Sfera.az bildirir ki, ölkə başçısı bu dəfə Rusiya ilə Çini səhv salıb. Belə ki, ABŞ Prezidenti İllik Milli Qubernatorlar Assosiasiyasında çıxış edərkən Barak Obamanın vitse-prezidenti olduğu dövrdən bir xatirəsini danışıb.

 

Otaqda seçilmiş nümayəndələrə müraciət edən Bayden bu sözləri deyib: “Obama mənim Si Cinpinlə tanış olmağımı istəyirdi. Onun Rusiyanın rəhbəri olacağı aydın idi, yəni Çin. O zaman Rusiya və digər ölkələrlə də problemlər yaşayırdıq”, - Ağ Ev rəhbəri deyib.

 

Dünya mediasında Baydenin dəfələrlə oxşar səhvlər etdiyi vurğulanır.

 

Məsələn, bu ayın əvvəlində o, Fransanın hazırkı Prezidenti Emmanuel Makronu 1981-1995-ci illərdə Fransaya rəhbərlik etmiş və 1996-cı ildə vəfat etmiş Fransua Mitteranla səhv salıb. Bir neçə gün sonra o, Angela Merkeli mərhum Almaniya lideri Helmut Kolla iki dəfə qarışdırıb. Fevral ayında Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə də “Meksika prezidenti” deyib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...