Bu yollar buz bağladı, hərəkət çətinləşdi - FOTO

Cəmiyyət
10:20 / 26.02.2024
4989
Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.
Sfera.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.
Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.