Silahla oynayan 9 yaşlı uşaq əmisini VURDU

Silahla oynayan 9 yaşlı uşaq əmisini VURDU

Türkiyənin Konya şəhərində atasının təmizləyib stolun üzərinə qoyduğu tapança ilə oynayan 9 yaşlı uşaq tətiyə səhvən toxunması nəticəsində əmisini vurub.

 

Sfera.az xəbər verir ki, sinəsindən xəsarət alan 47 yaşlı İzzət U.-nun həyatını xilas etmək mümkün olmayıb.

 

Uşaq və atası ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

 

Hadisə ilə bağlı istintaq davam edir. Unikal.az


OXŞAR XƏBƏRLƏR