Biləsuvar rayonuna yeni prokuror təyin edilib

Cəmiyyət
18:50 / 25.02.2024
4908
Ədliyyə müşaviri Ramin Nəğdəliyev Biləsuvar rayon prokuroru təyin olunub.
Sfera.az apa-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb.
Ramin Nəğdəliyev daha öncə Binəqədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifəsini Camal Bağırov icra edirdi. Camal Bağırov Balakən rayonun prokuroru təyin olunub.