Qəbələdə avtobusla mikroavtobus toqquşdu, Küveyt vətəndaşı yaralandı

Qəbələdə avtobusla mikroavtobus toqquşdu, Küveyt vətəndaşı yaralandı

Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mercedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR