Kəmalə Piriyeva çəkilişdə şok yaşadı: "İlanla göz-gözə..." - FOTO

Kəmalə Piriyeva çəkilişdə şok yaşadı:

Aktrisa, aparıcı Kəmalə Piriyeva Teleqraf.com-un suallarını cavablandırıb.

 

- Kəmalə xanım, sizi son olaraq "İyirmi birinci möcüzə" filmində gördük. Filmin çəkilişləri necə keçdi?

 

- Çəkilişlər may ayında oldu. Havalar tam isinməmişdi. Qəhrəmanımın dənizə tullanma səhnəsini çəkirdik. Təbii ki, bir dəfəyə çəkilmədi, bir neçə dubl çəkmək məcburiyyətində qaldıq.

 

Sən demə suda ilan var imiş, mən tullanan zaman çəkiliş heyəti onu qovub, kənarlaşdırırmış. Axırıncı dublda operator məndən xahiş etdi ki, suya tullanandan sonra suyun altında da çəkiliş edək. Mən suya tullandım və ilanla göz-gözə gəldim. Və başa düşdüm ki, mən hər dəfə bu ilanlı suya tullanmışam. Bunun fərqinə varandan sonra təbii ki, axırıncı dubl olmadı və biz suyun altında heç bir çəkiliş etmədik.

 

- Filmin rejissoru Şahin bəy də, tərəf müqabiliniz İbrahim bəy də dedi ki, çəkilişin ən kaprizlisi Fərid obrazını oynayan Nicat Mehdi imiş. Siz necə düşünürsünüz?

 

- Elədir. Nicatı Şahin yola gətirə bilirdi. Öz aramızda Nicata "respublikanın ən kaprizli aktyoru" deyirdik. (gülür) Çəkilmək istəməyəndə "Çəkilməyəcəm" deyib gedirdi.

 

- Serialdan daha çox filmə çəkilən aktrisasınız. Film təklifləri çox olduğuna görə, yoxsa şərtlər sizi qane etmədiyinə görə seriallara çəkilmirsiniz?

 

- Gündəlik seriallarda indiyə kimi çəkilməmişəm. Sitkom serialları çıxmaq şərtilə...Həftəlik seriallarım olub. Amma ümumiyyətlə, serialların çəkiliş prosesləri çox çətindir. Səhərə kimi davam edir...Ona davam gətirmək asan deyil. Hazırda reklam və film təklifləri daha çoxdur.

 

- Təklif gələndə öncə nəyə diqqət edirsiniz?

 

- Ssenariyə. Hekayənin axışı maraqlı olmalı, tamaşaçını cəlb etməlidir. Onu kimin yazması da önəmlidir. Daha sonra çəkiliş heyəti ilə maraqlanıram.

 

- Bəs tərəf müqabili?

 

- O bəlkə də ən axırda məni maraqlandıran detaldır.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...