Geri qayıtmağın əleyhinə deyil - “Şahzadə Harri ABŞ-da çox darıxır”

Şahzadə Harri Kaliforniyada çox darıxır. Daha doğrusu o, Böyük Britaniyada kral ailəsinin üzvü olmaq üçün darıxır.
Sfera.az xəbər verir ki, Şahzadə Harri öz vəzifəsinə qayıtmaq istədiyi bildirilir. Lakin onun ailə üzvləri və Meqan Markl buna qarşıdır.
Ekspert Tom Quinnə görə, Sasseks hersoqu 2020-ci ildə köçdüyü ABŞ-da böyük cansıxıcılıq yaşayır. O, müvəqqəti də olsa, Avropaya qayıtmaq imkanını nəzərdən keçirir.
Quinnin sözlərinə görə, Harri krallıq vəzifələrindən ötrü çox darıxır və nə vaxtsa Böyük Britaniyaya qayıdaraq bu dəyərlərini qoruyub saxlaya biləcəyinə inanır.
Qeyd edək ki, Kral Çarlza 2024-cü ilin əvvəlində xərçəng diaqnozu qoyulmuşdu. Atasının xəstəliyi zamanı Harrinin ailəsinə kömək etmək və mənəvi dəstək olmaq üçün qayıtmağı düşündüyü deyilsə də, Bukingem Sarayındakı mənbələr onun geri qayıtma şansının olmadığını bildirdilər.
Həmçinin, Quinn xüsusilə qeyd edir ki, Susseks hersoqu atasının ağır xəstəliyi barədə xəbər tutanda dərindən kədərlənib. Buna baxmayaraq, o, tam geri qayıda bilməyəcək.
"Ailə artıq ona güvənmir və üstəlik, Meqan qəti şəkildə buna qarşıdır"-deyə Tom Quinn qeyd edir.
Xatırladaq ki, Kanadaya, oradan da ABŞ-a köçdükdən sonra Sasseks hersoqları “Spotify” və “Netflix” ilə milyon dollarlıq müqavilələr bağlayıblar. Keçmiş aktrisa “Spotify” ilə "Arketiplər" podkastını çəkib, lakin onların əməkdaşlığı artıq başa çatıb. “Netflix” də cütlüyün həyatları haqqında bir sənədli serial çəkib.
Aynil
Sfera.az