Mənzildə yanğınla nəticələnən partlayış oldu

Hadisə
22:50 / 24.02.2024
11430
Abşeronda mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Saray qəsəbəsində mənzillərin birində qeydə alınıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.