Gimnastımız dünya kubokunda qızıl medal qazandı

İdman
22:05 / 24.02.2024
12996
Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
Sfera.az-ın məlumatına görə, idmançı yarışda qızıl medala layiq görülüb.
Simonov halqalarla hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.