Simge Sağın Bakıda konsert verdi - FOTO

Maqazin
20:48 / 24.02.2024
7884
Bugün Türkiyənin məşhur müğənnisi Simge Sağın Bakıda Konqres Mərkəzində konsert verib.
Sfera.az xəbər verir ki, müğənni jurnalistlərə açıqlama verib.
O bildirib ki, Bakıda ilk konsertdir.
“Bugün çox həyəcanlıyam və çox xoşbəxtəm. Əminəm ki, çox gözəl bir konsert olacaq. Sevənlərimə də məni tək qoymadıqları üçün təşəkkür edirəm.”
Həmçinin o, müsahibə zamanı Qarababağ klubunu qələbə qazandığı üçün təbrik edib.
“Çox böyük qələbədir. Mənim də futbola olan sevgim ayrıdır. Futbola həsr etdiyim mahnı ayrı sevilir”.
Qeyd edək ki, konsert "Anadolu Events"in təşkilatçılığı ilə keçirilib.
Ülkər Abdurahmanlı