Bu rayonlara yeni polis rəisi TƏYİN EDİLDİ

Cəmiyyət
16:58 / 24.02.2024
16414
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Sfera.az xəbər verir ki, DİN-də imzalanmış müvafiq əmrlə Nərimanov RPİ rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.
O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.(Qafqazinfo)