Məşhur rusiyalı müğənninin adı sanksiya SİYAHISINDA - FOTO

Avstraliya bir sıra Rusiya vətəndaşları və təşkilatlarına sanksiya tətbiq edib.
Sfera.az bildirir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin saytında siyahı yayımlanıb. Siyahıya sənət adamlarından olan Filipp Kirkorov, Nikolay Baskov, Oleq Qazmanov və Nikolay Rastorquev də daxil olunub.
“Sanksiyaya məruz qalan şəxslərin siyahısına 55 Rusiya vətəndaşı daxildir. Onların arasında qubernatorlar Oleq Kozhemyako, Qleb Nikitin, Vladimir Solodov, Natalya Komarova, Murat Kumpilov və Artem Zdunov da var. Buraya başqaları ilə yanaşı senatorlar Viktor Kress, Aleksandr Nekrasov, Valeri Ponomarev, İlyas Umaxanov, Arsen Kanokov, Maksim Kavdjaradze, Sergey Lukin, Lyudmila Narusova, Dmitri Vasilenko, həmçinin LPR nümayəndələri - Daria Lantratova və Olqa Bas, o cümlədən jurnalist Artem Şeinin, politoloqlar Dmitri Kulikov və Sergey Karaqanov daxildir”.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov da sanksiyalara məruz qalıb.
Türkan