Zorakılıq nədən qaynaqlanır? - Maraqlı araşdırma

Zorakılıq nədən qaynaqlanır? - Maraqlı araşdırma

Günümüzdə zorakılıq, aqressiya halları geniş yayılıb. Bu cür hallar demək olar ki, bütün cəmiyyətlərdə baş verir. Aqressiya əsas ictimai sağlamlıq problemi hesab edilir. Hər il dünyada 1.6 milyondan artıq insan həyatlarını zorakılıq səbəbindən itirir. Bu səbəbdən ölənlərin əksəriyyəti fiziki, cinsi, reproduktiv və zehni problemlərdən əziyyət çəkib.

 

Aqressiya başqa canlıya zərər vermək, zədələmək məqsədilə edilən hər hansı davranış formasıdır. Onun bir çox forma və məqsədləri var.

 

Birbaşa zorakılıq aşkar xarakter daşıyır və konkret şəxslərə qarşı törədilir, yönəldilir. Bu, əsas resursların ədalətsiz şəkildə bölüşdürülməsi və bəzilərinin layiqli həyatdan məhrum edilməsi zamanı baş verən struktur zorakılığı ilə müqayisə edilə bilər. Zorakılıq fərddən tutmuş ailəyə, cəmiyyətə, millətə və dünyaya qədər hər səviyyədə baş verə bilər. Çox zaman şəxsin davranışı dəyişənə qədər aqressiyanı təxmin etmək çətin olur.

 

Məsələn, bir insan sakit, çəkingən, çalışqan, ancaq aqressiv partlayışlara meyilli ola bilər. Zorakılığı proqnozlaşdırmaq mümkün olmasa da, tədqiqatlar başqalarına qarşı aqressiya potensialının bir neçə göstəricisinə işarə edir. Bu göstəricilərə qeyri-sabit məktəb həyatı, peşə tarixi, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq və ya narkotik maddə asılılığı tarixçəsi, əvvəlcədən ailədaxili zorakılıq və istismar hekayəsinin olması, silahlara heyranlıq, uşaq və ya yeniyetməlik dövründə heyvanlara qarşı qəddarlıq nümunəsi və aqressiv impulsları idarə edə bilməmək daxildir.

 

Ümumi Aqressiya Modeli aqressiyanın ən geniş istifadə olunan modelidir.

 

Bu modelə görə müəyyən hadisələr (məsələn, təhqir və ya sillə) fizioloji oyanışı artıra, aqressiv düşüncələri, emosiyaları və ya hər ikisinin birləşməsini aktivləşdirə bilər ki, bu da öz növbəsində aqressiv impuls yarada bilər. Zorakılığa bəzən, xüsusilə, kriminoloqlar, siyasi ekspertlər, sosial siyasəti hazırlayanlar tərəfindən aqressiyadan ayrı yanaşılsa da, əksər sosial-psixoloqlar zorakılığı aqressiyanın alt qatı hesab edirlər. Zorakılığı ən çox aqressiyanın sərt fiziki zərəri olan ifrat forması kimi izah edirər. Son illər aqressiyanın qeyri-fiziki formaları da zorakılıq kimi qəbul edilir.

 

Verbal aqressiyanın bəzi növləri adətən uşaqlara və intim partnyorlara qarşı yönəldikdə “emosional zorakılıq” adlandırılır. Yenə də zorakılıq daha çox aşırı fiziki zərər kontekstində araşdırılır. Aqressiyanın bioloji, yoxsa ətraf-mühitin təsiriylə baş verməsi barədə nəzəriyyəçilər fərqli fikirdədirlər.

 

Sosiobioloqlar iddia edirlər ki, aqressiya bioloji təbiətimizin bir hissəsidir və müxtəlif vəziyyətlərdə ortaya çıxır. Bəzi tədqiqatçılar isə fizioloji şərtlərlə bağlayırlar. Onlar həmçinin aşkar ediblər ki, aqressiya fizioloji dəyişikliklər yaradır. Bununla belə, əksər zorakılıq halları fizioloji (başqa cür zehni baxımdan) normal şəxslər tərəfindən törədilir. Bəzi insanlar aqressiyaya meyillidirlər, bəzi qruplar və təşkilatlarda isə zorakılıq ənənəsi ola bilər. Bu cür pis niyyətlər zorakı davranışlar üçün məşhur bir izahdır, lakin məsələyə sadə yanaşmadır.

 

Motivasiya nəzəriyyəçiləri Abraham Maslounun ehtiyaclar iyerarxiyasından çıxış edərək, aqressiyanın səbəbi kimi əngəllənmiş ehtiyacları görür.

 

Psixoloqlar hədəflərə çatmamaqdan yaranan məyusluqla aqressiya arasında əlaqəni araşdırıblar. Onlar müəyyən ediblər ki, məyusluq aqressiyaya səbəb ola bilər, daha konstruktiv davranışlara da gətirib çıxara bilər, ancaq bir çox aqressiya halları məyusluqla bağlı deyil. Eynilə, qəzəb və aqressiya arasında da zəruri əlaqə yoxdur.

 

Tədqiqatlar həmçinin göstərir ki, silah, bıçaq, balta kimi ətrafdakı “stilmullar” da zorakı davranışa səbəb ola bilən güclü siqnallardır. Gender tədqiqatları kişilərin yoxsa qadınların şiddətə daha çox meyilli olduğunu üzə çıxara bilməyib. Kişilər daha çox aktiv – birbaşa zorakılığa meyillidirlər, qadınların zorakılığı isə dolayı, verbal və ya özü-özünü idarə edəndir.

 

Davranışçılar aqressiyaya öyrənilmiş reaksiya, cavab kimi baxırlar. Hüquq sistemi zorakılığın qarşısını almaq üçün cəzaya əsaslandıqda belə bir yanaşma nümayiş etdirir. Ancaq cəza yalnız xüsusi şərtlərdə effektivdir və sürətli, dəqiq, sərt olmalıdır.

 

Sosial öyrənmə nəzəriyyəçiləri aqressiyanın şəxsi təcrübələrə, rol modellərə əsaslandığını bildirirlər. Onlar zorakılıq olan ailələri və media təsvirləri kimi kənar təsirləri vurğulayırlar. Qeyri-zorakı davranışlar da effektiv şəkildə modelləşdirilərsə, öyrənilə bilər. Sosial idrak yanaşmaları isə aqressiyaya qüsurlu və qeyri-adekvat davranış qərarlarının qəbul edilməsinin nəticəsi kimi baxır və onu iki növə ayırırlar. Reaktiv aqressiya duyulan təxribata cavab olaraq baş verir. Bu cür zorakılıq edən insanlar təxribatlara həddən artıq həssas ola bilər və ya situasiyanın əlamətlərini yalnış şərh edə bilər.

 

Proaktiv aqressiya zorakılığın sosial çağırışlara üstünlük verilən cavabı olduqda baş verir. Proaktiv zorakılıq edən insanların alternativ cavablar haqqında biliyi və ya səriştəsi olmaya bilər və ya sadəcə olaraq aqressiyanı qeyri-adekvat olaraq müsbət qiymətləndirə bilər (məsələn, güc nümayişi kimi).

 

Mədəni və sosial kontekst aqressiyanın hansı növlərinin və dərəcələrinin məqbul və ya hətta təqdirəlayiq olduğunu müəyyən etməkdə mühüm rol oynayır. Əxlaq normaları zorakılığa qarşı güclü məhdudiyyət kimi çıxış edə bilər. Eyni zamanda, ədalətsizliyi hiss etmək də zorakılığı təşviq edə və ona əsas ola bilər. Əgər pozuntu qəsdən və keçici olarsa və səhvin aradan qaldırılması üçün normalar mövcud olarsa, bu pozuntuların dağıdıcı, kəskinləşən münaqişələrə səbəb olma ehtimalı azdır. İnsanların davranış mühakimələri onu hansı anlayışlarla bağlamaqlarından asılı olaraq dəyişir: əxlaqi, ənənəvi və ya şəxsi. Bir çox zorakılıq növləri əxlaqi məsələlərdən daha çox konvensional və ya şəxsi xarakter daşıyır. Zorakılığı məhdudlaşdıran normalar müxtəlif faktorlarla aradan qaldırıla bilər. Onlar zorakılıq hərəkətlərinə alışma və duyarsızlaşma ilə zəiflədilə bilər.

 

Aqressiyanı məhdudlaşdıran normalar əxlaqi cəmiyyətdən və ədalət çərçivəsindən kənarda qalanları müdafiə etmir. Əxlaqi cəmiyyətdən kənarda qalanlar zorakılıq və təcavüzün hədəfləri kimi görülə bilər. Münaqişənin effektiv həlli dörd mərhələdən ibarətdir: diaqnostika, icra planı, reallaşdırma və qiymətləndirmə.

 

Diaqnoz zorakılıq qurbanlarının müəyyən edilməsini, onların motivlərini və həyat tarixçələrini üzə çığarmağı və zorakılığın səviyyədən səviyyəyə necə yayıldığını başa düşməyi tələb edir. Zorakılığın səbəbləri mürəkkəb və bir-biri ilə əlaqəli olduğundan, ona qarşı mübarizə strategiyaları da hərtərəfli, əlaqələndirilmiş, tutumlu olmalıdır. Mübahisələrin həllinə adi yanaşmalar zorakılıq və ya məcburi münaqişə hallarına uyğun olmaya bilər. Cəmiyyətin zorakılığa qarşı mübarizə proqramları münaqişələrin idarə edilməsi bacarıqlarına, gənclərə və ya ailələrə və ya psixoloji təhsil yanaşmalarına fokuslanır. Aqressiya və zorakılığa çevrilən aqressiya hallarını azaltmaq üçün risk faktorları azaldılmalı və qoruyucu amillər gücləndirilməlidir. Oyanmanın azaldılması və düşünmə imkanlarının artırılması həm aqressiya, həm də zorakılıq ehtimalını azaldır.

 

Mütəxəssislər hesab edirlər ki, zorakı vəziyyətlərə müdaxiləni üç ümumi prinsip istiqamətləndirməlidir. Birincisi, öz aqressiyanızı idarə edin. İkincisi, digər insanların aqressiyasına səbəb olan davranışları tanıyın və bunlardan çəkinin. Üçüncüsü, aqressiya üzə çıxanda bunu qəbul edin, münaqişəni idarə etmək və ya gərginliyi azaltmaq üçün hərəkətə keçin.

 

Nyu York Şəhər Universitetinin (CUNY) sosial psixoloqu, ədalət tədqiqatçısı Susan Opotow hüquqları, qanunları və sosial ədaləti vurğulamaqla bir çox zorakılıq növlərinin əsas səbəblərini həll edə bilən sülh mədəniyyətinin inkişafına çağırır. Sülh mədəniyyətləri özünün demokratiya, insan hüquqları, sərbəst məlumat axını, dayanıqlı inkişaf, sülh təhsili və gender bərabərliyi kimi dəyər və idealarını həyata keçirmək üçün çalışırlar.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...