Traktor gölə aşdı – Ölənlər var

Hadisə
14:08 / 24.02.2024
27005
Hindistanda traktor gölə aşıb.
Sfera.az xəbər verir ki, qəza nəticəsində 8-i uşaq, 7-si qadın olmaqla 15 nəfər ölüb. Bildirilib ki, Hindistanın Uttar Pradeş ştatında sürücü idarə etdiyi traktoru başqa bir avtomobillə toqquşdurmaqdan yayındıraraq, gölə aşırıb.
Səlahiyyətlilər qəzada yaralananların olduğunu, axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Ülkər Abdurahmanlı