Ötən il Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı AÇIQLANDI

Dünya
22:11 / 23.02.2024
5411
2023-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrində döyüş şəraitində 19 hərbçi həlak olub.
Sfera.az bildirir ki, ölkə mediasının məlumatına görə, bu barədə Ermənistan hökumətinin 2021-2026-cı illəri əhatə edən dövlət proqramının 2023-cü il üzrə icrasının gedişi və nəticələri haqqında hesabatında deyilir.
Bildirilib ki, 64 hərbçi qeyri-döyüş şəraitində həlak olub.
Qeyd olunub ki, ötən il ərzində üç hərbçi əsir düşərək geri qaytarılıb.