Şahzadə Harri mirasdan kənar qala bilər

Kraliça Konsort Kamilla Sasseks hersoqu Şahzadə Harrini Britaniya kralı III Çarlzın vəsiyyətindən kənarlaşdırmaq istəyir.
Sfera.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Nəşrin məlumatına görə, şahzadə Harri Londona xərçəng xəstəliyindən əziyyət çəkən atası III Çarlzı ziyarət etmək üçün gəlib. Orada bir daha onu ikiüzlülükdə günahlandıran və ailəsini və valideynlərinin xəstəliyindən PR kimi istifadə etməyi dayandırmağa çağıran Kamilla ilə yenidən münaqişəyə girib.
Qeyd edilir ki, Kraliça Konsort uzun illər Harrinin düşmənçiliyinə dözüb.
Məhz buna görə də mənbələrin məlumatına görə, Kamilla, şahzadə Harrini 2 milyard dollar dəyərində qiymətləndirilən kral əmlakının vərəsəlik hüququndan məhrum etməyə cəhd edə bilər.
İnci