Ömrünüzü daha 20 il uzatmaq istəyirsinizsə, bu məhsullardan yeyin

Ömrünüzü daha 20 il uzatmaq istəyirsinizsə, bu məhsullardan yeyin

Alimlər artıq çoxdandır bəzi insanların orta statistik adamdan çox yaşamasının sirrindən baş çıxarmağa çalışırlar. 

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, rasionunda müəyyən məhsullar olan insanların ömrü 20 il uzana bilər.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlərin yeni araşdırmasında 40 yaşından başlayan yaş qrupundan olan 11 min kişi və qadın iştirak edib. Onlar hər gün yediklərini təsvir etmək üçün gündəlik tutublar.

Alimlər araşdırmanın nəticələrini təhlil edəndən sonra müəyyən ediblər ki, ölüm hallarının çoxuna yanlış qidalanma səbəb olub. Həmçinin onlar aydınlaşdırıblar ki, meyvə-tərəvəz, qoz-fındıq yeyən adamlar özlərini pis hiss etməkdən az şikayət ediblər və 20 il çox yaşayıblar.

Alimlər əmindirlər ki, meyvə-tərəvəz, qoz-fındıq insanın ömrünü uzadır, çünki bu məhsullar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və bütövlükdə orqanizmə müsbət təsir göstərir.
Onu da qeyd edək ki, tədqiqatda əvvəllər insult və ya ürək tutması keçirmiş insanlar iştirak ediblər. Tədqiqatçılar əvvəllər xəstə olmuş adamları məxsusi olaraq seçmişlər ki, qidalanma ilə sağlamlığın əlaqəsi haqqında daha dəqiq məlumat ala bilsinlər.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...