Qayınatasını öldürən kürəkənə 18 il doqquz ay həbs verildi

Qayınatasını öldürən kürəkənə 18 il doqquz ay həbs verildi

Ötən ilin iyun ayında Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində qayınatasını amansızlıqla qətlə yetirən 1991-ci il təvəllüdlü Elşən Şəbiyevə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Azad Almasovu qətlə yetirmiş şəxs - Elşən Şəbiyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə, əzab vermə, xuliqanlıq) maddələri ilə ittiham edilib.

 

Araşdırmalar zamanı məlum olub ki, E.Şəbiyev 2016-cı ildə A.Almasovun qızı ilə ailə həyatı qurub. O, 2017-ci ildən mütəmadi olaraq yaşadığı evdə həyat yoldaşına müxtəlif bəhanələrlə dəhşətli işgəncələr verib. Elşən həyat yoldaşının bədəninə dəfələrlə kəsici alət batırıb, onun başını betona çırpıb, əllərini arxadan ayaqqabı ipi ilə bağlayaraq ağlasığmaz formada əzab verib.

 

Nəhayət, 2023-cü ildə E.Şəbiyevin həyat yoldaşı növbəti belə hadisələrin birindən sonra evdən gedib və polisə müraciət edib. Biləsuvar Rayon Məhkəməsi E.Şəbiyevi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib və onun azadlığını məhdudlaşdıraraq üzərinə elektron nəzarət cihazı yerləşdirib. Bundan əsəbiləşən E.Şəbiyev qayınatası A.Almasovu ailə işlərinə qarışmaqda günahlandırıb.

 

Taksi sürücüsü kimi çalışan A.Almasov 8 iyun saat 16:35 radələrində Elşənin istəyi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrində, yol kənarında onunla görüşüb. Bu zaman Elşən hücum edərək özü ilə gətirdiyi bıçaqla qayınatasına çoxsaylı xəsarətlər yetirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi 3 gün sonra ölüb.

 

Məhkəmədə A.Almasovun ailə üzvləri Elşənə ən ağır cəza olan ömürlük həbs cəzası tələb ediblər.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxsə 18 il 9 ay həbs cəzası verilib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...