Zelenski yeni serialda rol alıb - Bu məşhurlarla birgə...

Zelenski yeni serialda rol alıb - Bu məşhurlarla birgə...

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın "Netflix" yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” sənədli serialında rol alıb.
 

Sfera.az xəbər verir ki, doqquz seriyalı layihənin treyleri YouTube-da yayımlanıb.

Serial martın 12-də izləniləcək. Personajlar soyuq müharibənin ilkin şərtlərini, nüvə bombasının yaradılmasını, SSRİ-nin dağılmasını və xüsusi hərbi əməliyyatı (SVO) müzakirə ediblər. Treylerdə Zelenski bildirib ki, Rusiya Ukraynanı öz mülkü hesab edir.
 

Serialda Ukrayna prezidenti ilə yanaşı NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays da iştirak edir.

Əzizə

 


OXŞAR XƏBƏRLƏR