Məşhur “Barselona" ulduzu təcavüzə görə azadlıqdan məhrum edildi

Məşhur “Barselona

"Barselona"nın və Braziliya millisinin keçmiş ulduzu Dani Alves 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az bildirir ki, Dani Alves İspaniyanın gecə klubunun tualetində qadına təcavüz etməkdə təqsirli bilinir. O, zərərçəkənə 150 ​​min avro təzminat da ödəməlidir.
Qeyd edək ki, 40 yaşlı Dani Alves ən titullu futbolçulardan biridir. O, "Barselona"nın heyətində 400-dən çox oyun keçirib, altı liqa titulu və üç Çempionlar Liqasını qazanıb. Bundan əlavə, o, Dünya Kuboku 2022-də Braziliya yığmasının heyətində iştirak edib.


Rüsvay olmuş keçmiş "Barselona" oyunçusu özü də məhkəmə qərarını bu səhər öyrənib.


Evli və iki uşaq atası ötən gecəni dəmir barmaqlıqlar arxasında keçirdib.


Alvesin vəkili bu gün apellyasiya şikayəti verəcəyini təsdiqləyib. Alves Barselona məhkəməsində iş üzrə üç günlük məhkəmə prosesinin son günündə çıxış edərək, günahsız olduğunu bəyan edib.


Prokurorlar isə 2022-ci ildə İspaniyanın gecə klubunda qadına təcavüz etməkdə təqsirli bilinən futbolçuya 12 il həbs cəzası istəyib.


Alves həyat yoldaşı Joana Sanzı aldatdığını etiraf etsə də, ittiham edən şəxslə razılıq əsasında cinsi əlaqədə olduğunu israr edir. Qeyd edək ki, Sanz keçən il Alvesdən boşanmaq üçün məhkəməyə müraciət etmişdi.


Alves 2022-ci il dekabrın 31-də gecə klubunun tualetində 23 yaşlı qızla cinsi əlaqənin zorlama olmadığını bildirib. İttihamçı isə iddia edir ki, futbolçu ona hücum edib, vurub və seksual xarakterli hərəkətlər edib.


Üç mühakimə hakimi Alvesin qapalı məhkəmə iclasında 61 səhifəlik yazılı qərar dərc edib. Qərarda zərərçəkənə 150.000 avro təzminat ödənilməsi yumşaldıcı amil kimi nəzərə alınıb.
 

Həmçinin qərarda belə nəticəyə gəlinib ki, zorlandığını iddia edən xanım futbolçu ilə klubunun VİP sahəsinin yaxınlığındakı tualetə könüllü gedib, bundan bir neçə dəqiqə əvvəl isə Alveslə rəqs edib.


Alves zərərçəkmişi tutub, yerə yıxıb və hərəkət etməyə imkan verməyib.
 

Həmçinin o da qeyd olunur ki, Alves qızın köməksiz vəziyyətindən istifadə edərək zərərçəkəni yerə yıxıb, zorla cinsi əlaqəyə girməyə cəhd göstərib. Zərərçəkmiş Dani Alvesdən onu buraxmasını istəyib, getmək istədiyini açıqlayıb, lakin futbolçu ona icazə verməyib.
 

Məhkəmədə zərərçəkmişin psixoloqu da ifadə verib. O, məhkəməyə qadında travma sonrası stress pozğunluğu əlamətləri olduğunu bildirib. Futbolçunun vəkilləri tərəfindən çağırılan ekspertlər isə bildiriblər ki, medianın hadisəni gündəmdə saxlaması və ictimaiyyətin diqqətinin artması futbolçunun psixoloji sarsıntısına səbəb ola bilər.


Alvesin həmin gecə onunla birlikdə olan dostu məhkəməyə verdiyi ifadəsində bildirib ki, futbolçu gecə klubuna girməzdən əvvəl çoxlu spirtli içki qəbul edib. Şahid qismində dindirilən polis əməkdaşları da kluba gələrkən, zərərçəkmişin həyəcan və şok vəziyyətində olduğunu deyiblər.
 

Qeyd edək ki, futbolçunun son oynadığı klub, “Pumas UNAM” olub. Klub 2023-cü ilin yanvarında Alveslə müqaviləni ləğv edib. Eyni müddət ərzində Alves cinsi təcavüz ittihamı ilə gözaltına alınıb.
 

KİV Alvesin qaçmağı planlaşdırdığını yazıb. İddiaya görə Alves, ev dustaqlığına nail olmaq, daha sonra isə şəxsi təyyarəsi ilə vətəninə uçmağı planlaşdırıb. Çünki Braziliya ilə İspaniya arasında ekstradisiya müqaviləsi yoxdur. Alves, planlarını kamera yoldaşları ilə bölüşüb, onlar bu məlumatı mühafizəçilərə çatdırıblar.


Xatırladaq ki, 32 yaşlı ispaniyalı futbolçu Uqo Maqlio da cinsi qısnama ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Oyundan əvvəl idmançının tutuquşu paltarı geyinmiş qadının sinəsinə toxunduğu iddia edilir. Qadın rəqib komanda "Espanyol"un maskotu olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...