Ukraynalı əsgərlər döyüş bölgəsini tərk edir? - "Elə bir vəziyyətdəyik ki..."

“Ukraynalı əsgərlər döyüş bölgəsini tərk edir”.
Sfera.az bildirir ki, bu barədə “The Telegraph” nəşri ukraynalı əsgərlərə istinadən yazıb. Qeyd olunub ki, buna səbəb hərbi sursat çatışmazlığıdır.
“Hətta ABŞ Prezidenti Co Bayden də etiraf etdi ki, Kiyevə kifayət qədər hərbi yardım verilməyib. İndi elə bir vəziyyətdəyik ki, növbəti dəfə hansı kəndi Rusiyaya verəcəyimizə qərar verməliyik”, - Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən biri nəşrə bildirib.
Həmçinin, ukraynalı əsgərləri qeyd ediblər ki, rus əsgərləri tərəfindən hava hücumundan müdafiə sisteminin tətbiqinin hazırkı səviyyəsi əvvəldən xeyli yüksəkdir:
“Ruslar döyüş uzandıqca səhvlərindən çox dərs alırlar. Daha bir neçə il döyüşmək Ukrayna üçün fəlakət olacaq. Ya insanlarımız tükənəcək, ya da hamı ölkəni tərk edəcək”.
Günay