Rey Kərimoğlu xəstəxanaya YERLƏŞDİRİLDİ

Rey Kərimoğlu xəstəxanaya YERLƏŞDİRİLDİ

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. 

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

 

Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

 

Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.

 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR