Çexiya Ukraynaya görə bu ölkələrə MÜRACİƏT ETDİ

Dünya
17:50 / 23.02.2024
5388
Çexiya Ukraynaya nəzərdə tutulan silah-sursatın satışı üçün bir qrup ölkədən dəstək istəyib.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Çexiya Ukraynaya 800 min ədəd top mərmisi satmaq istəyir.
Top mərmilərinin yarıdan çoxu 155 mm-lik mərmilərdir.
Çexiya mərmi tədarükünü maliyyələşdirmək üçün bir neçə ölkədən kömək istəyib. Onlardan Kanada və Danimarka ilkin razılığını bildirib. Mərmilərin satışı üçün 1,5 milyard avroya ehtiyac var.
Çexiyadan başqa Avropa İttifaqının da Ukraynaya 1 milyon mərmi tədarükü planı var. Bunun üçün əlavə 5 milyard avro maliyyə vəsaitinə ehtiyac var.
Vasif