Mənzil bazarındakı durğunluğun səbəbi nədir? - Ekspertdən AÇIQLAMA

Mənzil bazarındakı durğunluğun səbəbi nədir? - Ekspertdən AÇIQLAMA

Azərbaycanın mənzil bazarında son iki ildə baş verən yüksək qiymət artımları alıcıları çətin vəziyyətə salıb. Qısa müddətdə qiymətlərin sürətlə artması bir çox insanın mənzil alışı ilə bağlı düşüncələrini dəyişib. 


Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, son iki ildə Azərbaycanda mənzil qiymətləri ümumilikdə 16 faiz artıb. Rəsmi məlumatlara görə mənzil qiymətləri 2022-ci ildə 5,8 faiz, 2023-cü ildə isə daha 9,7 faiz yüksəlib. 


Daşınmaz əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev saytımıza açıqlamasında qeyd etdi ki, ölkə üzrə ümumiləşmiş qiymət artımlarından fərqli olaraq Bakının mənzil qiymətlərində bahalaşma daha güclü olub. O bildirdi ki, yalnız 2023-cü ildə paytaxtda mənzillərin qiyməti orta hesabla 20 faizdən çox artıb. 


Ekspert Bakıdakı yüksək qiymət artımlarından sonra mənzil bazarında durğunluğun müşahidə edildiyini söylədi:

 

“Yüksək qiymət artımları daşınmaz əmlak bazarında durğunluq yaratdı. Ötən ilin oktyabr ayından bazarda durğunluq müşahidə edilir. Qiymətlərin çox yüksəlməsindən sonra alıcılar gözləmə mövqeyini keçiblər”.


E.Fərzəliyevin sözlərinə görə, gözləmə mövqeyi tutanlar həm nağd, həm də kreditlə mənzil almaq istəyən şəxslər arasında müşahidə edilir:

 

“Qiymətlərin artması səbəbindən mənzil alıcıları gözləmə mövqeyi tuturlar. Bahalaşmadan sonra mənzillərin bir qədər uzulaşacağına ümid edənlər var. 
Hazırda mərkəzə yaxın ərazidə 9 mərtəbli binada yerləşən birotaqlı mənzillərin satış qiyməti 100 min manatdan bahadır. Mərkəz və mərkəzə yaxın yerlərdə yeni tikilən binalarda isə təmirli birotaqlı mənzilin qiyməti 130-180 min manat arasında dəyişir. Bu qiymətə olan mənzillər uzunmüddətə ipoteka krediti ilə alındığında daha baha başa gəlir. Buna görə də tam ödəniş həyata keçirməklə mənzil almaq istəyənlərlə bərabər kreditlə mənzil almaq istəyənlər də gözləmə mövqeyinə keçib. İndi kreditlə mənzil almaq istəyən şəxslərin bəziləri düşünür ki, bir otağa görə bu qədər borc ödəməkdənsə, kirayədə qalmaq daha əlverişlidir. Bu qədər bahalaşmaya baxmayaraq, qiymət artımları davam edir. Bəzi mənzillərdə, xüsusən də köhnə binalarda qiymətlər süni formada artırılır. Yeni tikilən binalarda isə tikinti ilə bağlı qaydalar dəyişdiyindən onların inşası baha başa gəlir. Artıq paytaxt ərazisində çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsi qalmadığına görə, tikinti şirkətləri daha çox köhnə fərdi mənzilləri və köhnə çoxmərtəbli binaları söküb yerində yeni binalar tikirlər. Bu halda sökülən mənzillərin sahiblərinə kompensasiya, yeni mənzillər və kirayə pulu verilir. Qeyd etdiyim şərtlərlə tikilən yeni binalarda mənzillərin maya dəyəri yüksəldiyindən satış qiymətləri də artır”.

 
Ekspert hesab edir ki, dövlət vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi mənzil bazarındakı durğunluğu bir qədər aradan qaldıra bilər. 


E.Fərzəliyev ipoteka kreditlərinin ayrılmasına başlandığını da xatırlatdı: “Artıq ipoteka kreditlərinin ayrılmasına başlanılıb. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklara güzəştli kreditləşmə üçün ayrılan yeni limitlər aktivləşdirilib.2024-cü ildə dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.İpoteka kreditləri üçün Fondun öz vəsaiti hesabına da kreditlər verilir. Bütün vəsaitlər mənzil bazarında dövriyyəni genişləndirir. Bu, ipoteka predmetinə çevrilən mənzillərə tələbi artırır. Köhnə 2,3,4 və 5 mərtəbəli binalar ipoteka predmetinə çevrilə bilmədiyinə görə 9 mərtəbəli və yeni tikilən binalara müraciətlər olur. Həmin mənzillərdə qiymət artımları baş verir”. 


Hazırda mənzil bazarında böyük qiymət artımının olmadığını deyən ekspert proqnozlaşdırır ki, bazarda alıcı qüvvəsi yenidən artarsa, qiymətlərin artımı da müşahidə olunacaq.  


Vasif


OXŞAR XƏBƏRLƏR

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində...