“Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi BƏLLİ OLDU - YENİLƏNDİ

İdman
15:20 / 23.02.2024
7097
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Sfera.az-ın məlumatına görə, ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.
***
15:11
UEFA Avropa Liqasının 18 final mərhələsinin püşkatma mərasimi keçirilir.
Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşir.
Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).