"Onun son çıxışı mənim tamamilə..." - Putindən Baydenin təhqiramiz fikirlərinə REAKSİYA

Putin Baydenin qalmaqallı çıxışına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, o, Ağ Ev rəhbərinin təhqiramiz ifadələrinə kinayə ilə gülərək cavab verib.

 

Rusiyalı jurnalist Pavel Zarubinə danışan Putin bir müddət əvvəl verdiyi açıqlamada ABŞ Prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğunu xatırladıb.

 

Rusiya Prezidenti Ağ Ev rəhbərinin son təhqiramiz çıxışının məhz bu açıqlamadan qaynaqlandığını iddia edib.

 

"Ötən dəfə istənilən prezidentlə çalışa biləcəyimizi demişdim. Amma Baydenin Rusiya üçün daha yaxşı olduğunu da vurğulamışdım. Onun son çıxışı mənim tamamilə haqlı olduğumu göstərdi. Çünki bu, sözlərimə uyğun reaksiyadır”, - o bildirib.

 

Putin həmçinin, “Biz ABŞ-də baş verənləri daxili siyasət baxımından anlayırıq”, - əlavə edib.

 

O, bir daha prezident kimi Baydenə üstünlük verdiyini vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini “əxlaqsızın övladı” adlandırıb. Məlumata görə, Bayden iqlim dəyişikliyindən danışarkən qəzəblənib:

 

"Nə qədər ki, Putin və onun kimi dəli, əxlaqsızın övladları var, biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir".

 

Moskva buna cavab olaraq bildirib ki, Baydenin təhqiri yalnız ABŞ-ni alçaltmağa xidmət edir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...