"Braqa" üzərində qələbə "Qarabağ"a 1,2 milyon avro QAZANDIRDI

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” klubunu mübarizədən kənarlaşdırandan sonra qazandığı mükafatın məbləği bəlli olub.


Sfera.az bildirir ki,1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1.2 milyon avro alacaq.


Qeyd edək ki, “Qarabağ” Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasınında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub.


İkinci uzatma dəqiqələrində təmsilçimiz 2 qol da vuraraq ümumi hesabda (6:5) “Braqa”nı üstələyib və mərhələ adlayıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR